Logo

AzMİU tələbəsi beynəlxalq çempionatın qalibi oldu

04.12.2024 18:07 42 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat fakültəsinin 4-cü kurs tələbəsi Xəyal Qasımzadə Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq Kikboksinq çempionatında 63,5 kq çəki dərəcəsində bürünc medal qazanıb. Tələbəmiz bu müvəffəqiyyəti ilə həm özünü, həm də universitetini fəxrlə təmsil edib.

Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, çempionatda Mərkəzi Ordu İdman Klubunun (MOİK) təmsilçisi kimi iştirak edən tələbəmiz Türkiyə və Polşadan olan güclü rəqibləri ilə mübarizə apararaq yüksək nəticə əldə edib. Xəyal strateji yanaşması və təcrübəli döyüş taktikası bu çətin yarışda bürünc medala sahib olub.  

Beynəlxalq Kikboksinq çempionatında Azərbaycanla yanaşı, Almaniya, Bosniya və Herseqovina, Ekvador, Fransa, Monqolustan, Özbəkistan, Polşa, Qazaxıstan, Türkiyə və Tailanddan olan idmançılar iştirak ediblər. Azərbaycan komandası ümumi komanda hesabında 7 qızıl, 1 gümüş və 4 bürünc medalla birinci yeri tutaraq möhtəşəm nəticə göstərib.

Xəyal Qasımzadənin qazandığı bürünc medal və MOİK-in əldə etdiyi kollektiv uğur  Azərbaycanın idman sahəsində beynəlxalq səviyyədə artan nüfuzunu bir daha sübut edir. Bu uğurlar ölkəmizin idman aləmindəki mövqeyini gücləndirmək və Azərbaycanın beynəlxalq münasibətlərdəki gücünü artırmaq baxımından əhəmiyyətlidir.

X.Qasımzadə bu günə qədər respublika daxili yarışlarda da fəal iştirak edib. Müxtəlif bölgələrdə keçirilən kikboksinq turnirlərində mükafatlar qazanıb, bu da onun inkişafına və güclü rəqiblərə qarşı daha yaxşı mübarizə aparmasına şərait yaradıb.

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/04%20December%202024/65c63682-0eb0-4770-a4f8-4b115a042fd1_173331159067503c6632ce9.jpg


 

Xəbər lenti