Logo

Koronavirus orqanizmdə niyə sürətlə yayılır? - Alimlər səbəbi tapdı

23.04.2021 09:57 544 baxış
IMG

Alimlər SARS-CoV və SARS-CoV-2 viruslarının yoluxmuş hüceyrələrdə çoxalmasının səbəbini açıqlayıb.

 

Cebhe.info xəbər verir ki, digər koronaviruslarda müşahidə olunmayan molekulyar mexanizm aşkarlanıb. Müəlliflərin fikrincə, bu, SARS viruslarının yüksək patogenliyini göstərir.

 

Tədqiqatın nəticələri “EMBO” jurnalında dərc edilib.

 

Mütəxəssislər bildirib ki, soyuqdəyməyə səbəb olan koronaviruslar 50 il əvvəl aşkar edilib, lakin 2002-ci ildə ortaya çıxan SARS-CoV ağır sətəlcəm səbəb olan ilk koronavirus olub.

 

SARS-CoV-2 virusunun daha aqressiv olduğu ortaya çıxıb.

 

SARS ailəsinin sadə insan koronavirusları və viruslarının RNT genomlarını müqayisə edən alimlər sonuncunun genomunda xüsusi bir bölgə kəşf ediblər. Bu bölgə "unikal SARS domeni" adlandırılıb.

 

Münhendəki iki universitetin virusoloqları Çin və İsveçrədəki həmkarları ilə birlikdə SARS-CoV-2-nin fövqəladə patogenliyinə məhz bu genom bölgə və protein məhsullarının “cavabdehlik” daşıdığını ortaya çıxarıblar.

 

Müəyyən olunub ki, yoluxmuş hüceyrələrdə zülallar insan zülalı Paip-1 ilə qarşılıqlı əlaqə qurur, daha sonra viral zülalların sintezində iştirak edən bir kompleks meydana gətirir. Bu, bütün növ zülalların - həm orqanizmdəki hüceyrənin zülallarının, həm də virusun zülallarının istehsalında artıma səbəb olur.

Xəbər lenti