Dekabrın ilk həftəsi olmasına baxmayaraq, Suraxanı rayonu, Hövsan qəsəbəsi 281 saylı tam orta məktəbdə istilik sistemi hələ də yoxdur.
Bu barədə Tehsil.biz Baku TV-ə istinadən xəbər verir.
Bu hal şagirdlərin və valideynlərin narazılığına səbəb olub.
"Uşaqlar dərsdə əlcəklə, üst geyimləri ilə otururlar. Bilmirik ki, uşaqlarımızı məktəbə gətirək, yoxsa həkimə aparaq", - deyə valideyn bildirib.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbdə xətlərdəki problemlə əlaqədar istiliyin verilməsində qısamüddətli məhdudiyyət yaranıb:
"Məsələ tam nəzarətə götürülüb və qısa zamanda qarşıya çıxan problemin həlli üçün zəruri tədbirlər görülür".