Logo

Xüsusi qabiliyyət imtahanları tələb edən təsviri sənət istiqaməti ilə bağlı seminar keçirilib

05.12.2024 18:47 109 baxış
IMG

5 dekabr 2024-cü il tarixində ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ tətbiqi sənət və dizayn ixtisasları üzrə seminar keçirilib.

Bu barədə Tehsil.biz-ə DİM-dən məlumat verilib.

Seminarda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professor və müəllim heyəti, Dövlət İmtahan Mərkəzinin müvafiq struktur bölməsinin əməkdaşları iştirak ediblər. 

İclasda xüsusi  qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı proqramları, fənlər üzrə qiymətləndirmə meyarları, imtahana hazırlaşmaq üçün metodiki tövsiyələr, bakalavriat səviyyəsi üzrə qəbul imtahanı nəticələrinin elmi-statistik təhlili müzakirə olunub.

İştirakçılar qabiliyyət imtahanı proqramları və qiymətləndirmə meyarlarının təkmilləşdirilməsi ilə bağlı fikirlər səsləndiriliblər. Nəticədə bir sıra qeyd və təkliflər nəzərə alınmaqla proqramlar, meyarlar və metodiki tövsiyələr məqbul hesab edilib.

Xəbər lenti