Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 3 Dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə Tələbə Elmi Cəmiyyətinin “Sosial iş” fakültəsinin sədri Elnurə İsmayılovanın təşəbbüsü ilə “İnklüziv addımlar” adlı elmi seminar keçirildi. Tədbirdə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, sosial inteqrasiyanın gücləndirilməsi və inklüziv cəmiyyətin qurulması mövzuları müzakirə edildi.
Seminarda çıxış edən Elnurə İsmayılova inklüzivliyin əhəmiyyətini vurğulayaraq bildirdi:
“Əlilliyi olan şəxslərin hüquqlarını qorumaq və onların cəmiyyətə inteqrasiyasını təmin etmək hər birimizin ortaq vəzifəsidir.”
Tələbələrin fəal iştirakı ilə keçirilən tədbir, sosial dəstək layihələri haqqında məlumatların paylaşılması və inklüziv yanaşmanın təbliği baxımından mühüm əhəmiyyət daşıdı.