Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı” tərəfindən həyata keçirilən “Qayıdış missiyası: gənclərin həmrəylik və əməkdaşlıq təşəbbüsləri” layihəsi çərçivəsində Bakı Slavyan Universitetində tədbir təşkil olunub.
Tədbirdə BSU-nun nümayəndələri, təşkilatın sədri Vüqar Qədirov və ekspert Turanə Orucova çıxış ediblər. Tələbələr mövzu ilə bağlı müxtəlif fikirlər irəli sürərək, belə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər.