Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi münasibətilə elan etdiyi “105 yaşlı elm və təhsil məbədi” adlı esse müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Qalibləri təbrik edən rektor Elçin Babayev belə müsabiqələrin BDU-nun şanlı, keşməkeşli tarixinin, zəngin ənənələrinin, ölkənin elm-təhsil, ictimai həyatında, milli düşüncənin formalaşmasında rolunun təbliği baxımından mühüm önəm daşıdığını bildirib. O qeyd edib ki, bu il oktyabrın 8-də elan edilən “105 yaşlı elm və təhsil məbədi” adlı esse müsabiqəsinə 39 tələbə yazı təqdim edib. Müsabiqə komissiyasının qərarı ilə I yerə Tarix fakültəsinin II kurs tələbəsi Zivərxanım Məmmədova, II yerə Filologiya fakültəsinin I kurs tələbəsi Xədicə İmanlı, III yerə Coğrafiya fakültəsinin II kurs tələbəsi Varis Əhmədlinin esseləri layiq görülüb. Rektor qaliblərə BDU-nun ictimai həyatında bundan sonra da aktiv iştirak etməyi tövsiyə edib, onlara təhsil həyatlarında uğurlar arzulayıb.
Daha sonra qaliblərə diplom və mükafatlar təqdim olunub.