Şərur rayonunda 55 yaşlı müəllim intihar edib.
Tehsil.biz verir ki, hadisə rayonun Dərvişlər kəndində qeydə alınıb.
Kənd sakini Cabbarov Kamran Rafiq oğlu yaşadığı evdə özünü asıb.
Qeyd edək ki, K.Cabbarov rayonun Çomaxtur kənd tam orta məktəbində hərbi müəllimi işləyib və bir ay əvvəl öz ərizəsi əsasında işdən çıxıb.
Faktla bağlı Şərur rayon Prokurorluğunda araşdırma aparılır.