Türkiyədə Çankırı Şəhid Seyit Saraç Xüsusi Təyinatlı Polis Təlim Mərkəzinin 65-ci buraxılışı münasibətilə təntənəli mərasim keçirilib.
Tehsil.biz xəbər verir ki, Orxan Saka İdman Salonunda təşkil edilən tədbir ehtiram duruşu, Türkiyə İstiqlal Marşı və Azərbaycan himninin oxunması ilə başlayıb.
Mərasimdə, 29-u azərbaycanlı olmaqla ümumilikdə 223 xüsusi təyinatlı polis and içərək xidmətə başlayıb. Təlim kursunu uğurla tamamlayan 10 məzuna protokol üzvləri tərəfindən xüsusi nişanlar taxılıb və sertifikatlar təqdim edilib.