Logo

“Məktəbəqədər təhsildə liderlik” proqramının iştirakçıları Finlandiya təcrübəsi ilə tanış olublar

09.12.2024 10:16 96 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzi (ADPU SİM) və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) birgə təşəbbüsü ilə həyata keçirilən “Məktəbəqədər təhsildə liderlik” proqramı çərçivəsində "Uşaqların açıq havada oynamağa niyə ehtiyacı var?" adlı master-klass təşkil olunub. 

Master-klass erkən uşaqlıq təhsili üzrə türkiyəli mütəxəssis, ətraf mühit üzrə müəllim, məsləhətçi Qaye Amus tərəfindən keçirilib. Təlimdə “Uşaqlara düzgün yanaşma üsulları”, “Finlandiyada məktəbəqədər təhsil haqqında”, “Azərbaycan-Türkiyə-Finlandiya məktəbəqədər təhsilinin müqayisəsi”, "Uşaqların əsas ehtiyacı - Coşqu", “Valideynlərlə münasibət”, “Müəllimlərin əsas öhdəlikləri” kimi mövzulara toxunulub.

Müzakirələrdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti