Logo

"Milli H-index Reytinq 2025 və qarşıda duran məqsədlər" mövzusunda elmi-praktik seminar keçirilib

09.12.2024 10:45 103 baxış
IMG

Azərbaycan Dillər Univeristetinin (ADU) professor-müəllim heyəti üçün "Milli H-index Reytinq 2025 və qarşıda duran məqsədlər" mövzusunda elmi-praktik seminar keçirilib. 

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, seminarı giriş sözü ilə açan Tədris məsələləri üzrə prorektor vəzifəsini icra edən Şəfəq Şahməmmədova Milli H-indeksinin önəmini vurğulamış və yeni təqvim ilində qarşıda duran əsas vəzifələrdən bəhs etmişdir.

Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Fatma Qurbanzadə çıxışında qeyd edib ki, artıq iki ildir ki, Azərbaycan Dillər Universiteti ölkə üzrə ən yaxşı nəticə əldə edərək “Müasir dillər” üzrə dünyada ən yaxşı 301 - 340 universitetlər qrupuna daxil olur. Bundan əlavə Azərbaycan Dillər Universiteti "THE Impact 2024"də yer alan universitetlərdən biridir. 17 müxtəlif istiqamət və kriteriyalar üzrə dəyərləndirilən "THE Impact 2024" reytinq cədvəlində Azərbaycan Dillər Universiteti "Gender bərabərliyi", "Təhsilin keyfiyyəti", "Ləyaqətli iş və iqtisadi inkişaf", "Məqsədlər üçün tərəfdaşlıq" meyarlarına əsasən qiymətləndirilərək 1001-1005-cü yerləri tutmaqla reytinq cədvəlində ölkə üzrə qabaqcıl yerlərdədir.

Fatma Qurbanzadə əlavə etmişdir ki, tanınmış “AD Scientific Index” təşkilatı – Dünyada nüfuzlu 10 elmi informasiyanın qiymətləndirmə mərkəzindən biri olaraq- dünya alimlərinin, ölkələrinin və elmi müəssisələrinin reytinqini açıqlamışdır. Son altı ildə elm adamlarının məhsuldarlıq əmsallarını göstərən ilk və yeganə araşdırma olan AD Scientific Index-in Dünya, Alim və Universitet Reytinqlərinin nəticələri Google Scholar-da açıq profillərinə əsasən, H-İndeksi, i10 İndeksi balları və sitat sayları kimi kriteriyalar əsasında müəyyən edilən AD Scientific Index-2024 -də “Azərbaycan Alim və Universitetlər Sıralaması 2024 Ən Yaxşı Alimlər”in nəticələrini açıqlayıb.  AD Scientific Index" dünya ölkələri arasında ali təhsil müəssisələrinin elmi-tədqiqat fəaliyyəti, beynəlxaq arenada elm adamlarının elmi potensialının ölçülməsi üzrə beynəlxalq reytinq cədvəlidir.

Həmçinin də Azərbaycan üzrə Universitetlərin Reytinq cədvəli 2025 (Azerbaijan All Universities Rankings 2025) 22 dövlət, 5 özəl ali təhsil müəssisəsi olmaqla 27 ali təhsil müəssisəsi üzrə reytinq cədvəli hazırlanmışdır. "AD Scientific Index" elmi kadrların H indeksi, i10 Indeksi haqqında məlumat verə bilən yeganə mənbədir. Azərbaycan Dillər Universiteti ölkə üzrə 5-ci yeri tutur. Xatırladaq ki, cədvəl son 6 ildə universitetin elmi bazasına olan sitatların, H indeksi yüksək olan alimlərin reytinq cədvəlini təqdim edir. Cədvəldə Azərbaycan Dillər Universiteti üzrə 44 alimin adı qeyd olunmuşdur. İxtisas üzrə ümumi H indeksinə (Subject Rankings, Total H Index) görə Azərbaycan Dillər Universieti Respublikamızda Humanitar və Sosial elmlər üzrə 1-ci, Təhsil elm sahəsi üzrə 1-ci, İncəsənət və humanitar elmlər üzrə 1-ci, Tarix, fəlsəfə və teologiya üzrə 4-cü yerdədir. ADU-nun rektoru akademik Kamal Abdullanın Dilçilik və Ədəbiyyat sahəsi üzrə H indeksi 17-dir. 454 sitat, 18 məqalə ilə cədvəldə Respublika üzrə I yeri tutur.

ADU-nun Elmi Kitabxana və İnformasiya xidməti Mərkəzinin direktoru Cəmilə Əliyeva elmi məqalənin yazılması və beynəlxalq elmi nəşrlərin tələbləri üçün keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Bildirib ki, belə seminarların keçirilməsində başlıca məqsəd ali təhsil müəssisəsində ali məktəb əməkdaşlarının və tədqiqatçların elmi potensialının gücləndirilməsi, yerli, həmçinin,  beynəlxalq jurnallarda məqalələrin nəşri və onların bu sahədə aktivliyinin təşviqi və elm sahəsində ilk addımlarını atan gənclərə, elmi-tədqiqat işlərinə başlamış magistrlərə, doktorant və dissertantlara yol göstərməkdən ibarətdir.

Həmçinin də qeyd edib ki, elmi tədqiqatçılar üçün dəyərli informasiya mənbəyi olan elmi bazaların təcrübəsinin, yüksək indeksli nəşrlərdə məqalələrə qoyulan tələblərin və gənc alimlərinin əsərlərinin dünyanın nüfuzlu yüksək indeksli jurnallarında dərc edilməsi, bu sahədə əməkdaşlığın davamlı olması ilə bağlı maarifləndirmə işlərinin aparılması məqsədini daşıyır.  

İnformasiya xidməti və Rəqəmsallaşdırma şöbəsi, Analitik İnformasiya Xidmətləri bölməsinin əməkdaşı tarix üzrə fəlsəfə doktoru dosent Pərviz Kazımi elmi məqalələrin yazılma qaydaları, elmmetrik platformalara daxil edilməsi, elmi bazalarda profillərin açılması və davamlı izlənilməsi haqqında geniş məlumat vermişdir.  

Seminar hibrid formada keçirilmişdir. 30-dan çox müəllim canlı, 60-a yaxın professor-müəllim heyəti isə tədbirə distant şəkildə qoşulmuşdur.

Tədbir sual-cavablarla yekunlaşmışdır.  

Xəbər lenti