Dekabrın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə Ümumilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş intellektual yarış keçirilib.
Yarışda müxtəlif ixtisaslarda təhsil alan 100-dək tələbədən təşkil olunuş 18 komanda qalibiyyət üçün mübarizə aparıb. Üç mərhələdən ibarət yarışın yekun nəticələrinə əsasən “Everest” komandası I yerə, “Olimpus” komandası II yerə, “Xəmsə” komandası isə III yerə çıxıb. Qalib komandalar diplomlarla təltif olunublar.