Yaxın gələcəkdə doktoranturaya qəbul planında müəyyən korreksiyalar etməyi planlaşdırırıq.
TƏHSİL.BİZ xəbər verir ki, bunu Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, doktoranturada oxuyanların 10 faizi bu təhsilə başlayıb sonda elmi dərəcə alıb:
“Buna görə də bu məsələ iki tərəfdən tənzimlənməlidir. Bir tərəfdən, saylara bir daha baxmalıyıq. Bütün ali təhsil müəssisələrində doktorantura proqramı olmalıdır deyə bir reallıq yoxdur. Əgər müəssisə 10 doktorant hazırlayırsa, onlardan 1-i təhsili yekunlaşdıraraq elmi dərəcə alırsa, burada müəssisənin də rolu var. Bu rəqəm 10-da birdən azdırsa, artıq nazirlikdən incimək lazım deyil. Biz bu istiqaməti düzgün sayırıq. 10 nəfərdən 1-i elmi dərəcə almırsa, düzgün yol budur”.