Logo

GÇH rəhbərləri ilə onlayn görüş keçirilib

23.04.2021 12:32 498 baxış
IMG

Paytaxtın ümumi təhsil məktəblərinin Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbərləri ilə onlayn görüş keçirilib.

 

Təlimə Dəstək Mərkəzinin (TDM) təşkilatçılığı ilə keçirilən görüşdə Nəsimi, Binəqədi və Nərimanov rayonu məktəblərində çalışan GÇH rəhbərləri iştirak ediblər.

 

Onlayn görüşdə Vətən müharibəsi zamanı müvafiq tapşırıqlar çərçivəsində GÇH rəhbərlərinin qismən səfərbərlik prosesinin gedişinə peşəkar dəstəyi, təhsil müəssisələrində hərbi muzeylərin yaradılmasının vacibliyi və bu istiqamətdə atılan addımlar, gənclərin vətənpərvərlik tərbiyəsi işinin keyfyyətinin yüksəldilməsi ilə bağlı həyata keçirilən işlər barədə fikir mübadiləsi aparılıb.

 

Həmçinin görüş zamanı pandemiya dövründə GÇH müəllimlərinin fəaliyyəti müzakirə olunub və onları maraqlandıran müvafiq məsələlərə aydınlıq gətirilib.

 

Qeyd edək ki, onlayn görüşlər paytaxtın bütün rayonları üzrə ümumi təhsil məktəblərində çalışan GÇH rəhbərlərini əhatə edəcək.

Xəbər lenti