Logo

Olimpiadalar lazımdırmı?

10.12.2024 14:03 158 baxış
IMG

Son illərdə olimpiada və müsabiqələrə marağın artığını müşahidə edirik. Hətta bəzi hallarda 1-ci sinifdən etibarən müxtəlif olimpiadaların elanlarına rast gəlirik. Olimpiadalara fərqli məqsədlərlə qatılmaq mümkündür. Yerli və xarici universitetlərdə təqaüdlü təhsil almaq üçün şans əldə etmək, bir elm sahəsinə dərindən bələd olmaq və s. kimi məqsədləri sadalaya bilərik. Bu məqamda belə bir sual ortaya çıxır… Bütün olimpiadalar bu məqsədə aparırmı? Hədəfimizə çatmaq üçün hansı olimpiadalara qatılaq?
Dünyada hər il müxtəlif elm olimpiadaları təşkil edilir. Bu olimpiadaların içərisində ən mötəbər olanları :

IMO (Beynəlxalq Riyaziyyat olimpiadası),

IPHO (Beynəlxalq Fizika olimpiadası),

ICHO (Beynəlxalq Kimya Olimpiadası),

IBO (Beynəlxalq Biologiya Olimpiadası),

IOI (Beynəlxalq İnformatika olimpiadası) və

IOAA (Beynəlxalq Astrnomiya-Astrofizika) olimpiadasıdır.

Əlavə olaraq bir çox ölkələr tərəfindən yüksək qiymətləndirilən:

BMO (Balkan Riyaziyyat Olimpiadası),

IzhO (Beynəlxalq Jautikov Olimpiadası),

CMO (Qafqaz Riyaziyyat Olimpiadası),

EGMO ( Avropa Qızlar Olimpiadası),

IOM ( Beynəlxalq Metropolis Olimpiadası),

AMC ( American Math Competition) olimpiadalarını qeyd edə bilərik.

Ölkəmizdə isə ən mötəbər olimpiada RFO-dur (Respublika fənn olimpiadaları). Aşağı (8-9-cu siniflər) və yuxarı (10-11-ci siniflər) yaş qrupları üzrə keçirilir və 3 mərhələdən ibarətdir. Demək olar ki bütün fənlər üzrə təşkil edilir.
Elm və Təhsil Nazirliyinin dəstəyi ilə gənclərimiz demək olar ki, hər il bu olimpiadalara qatılır və yüksək uğurlar əldə edir.

Bu olimpiadalara necə hazırlaşaq?
Hər il ölkəmidə təşkil edilələn RFO-da medalçı olmaqla hazırlıq qruplarına düşmə şansı əldə edirsiniz. Daha sonra nazirliyin təşkil etdiyi hazırlıq qruplarında təhsil ala və ilk sıralara düşdüyünüz halda xarici olimpiadalara yollana bilərsiniz.

Hazırlıqlara nə vaxt başlayaq?
Başlamaq üçün 5-ci sinifdə təşkil olinan Lütfi Zadə məntiq olimpiadası və ya 6-cı sinifdə RFM ideal sayıla bilər. Əgər siz artıq 7-8-ci siniflərdəsinizsə çox çalışmaqla rəqiblərinizlə yarışa bilərsiniz. Təcrübəmizdə 9-cu sinifdə və ya daha sonra olimpiadaya yönələn şagirdlərin də uğurlu olduğuna dair xeyli sayda nümunələr var.

Olimpiadaların üstünlüyü nədir?
Uzun zamandır Azərbaycanlı gənclərin dünyaca məşhur universitetlərə qəbul olunduğuna şahid oluruq. Həmin şagirdlərin keçmiş uğurlarına baxdıqda isə beynəlxalq olimpiadaların əsas rol oynadığını deyə bilərik. Əlavə olaraq qeyd edim ki, yerli universitetlər də olimpiada nəticəsi olan şagirdləri müsabiqəsiz qəbul edir.
Ətraflı məlumat üçün bu keçid vasitəsilə məlumat əldə edə bilərsiniz. Hər hansı fənn üzrə olimpiadaya hazırlaşmış şagird bu elmi həqiqi mənada dərk edir və gələcək karyerasında daha yaxşı faydalana bilir. Təcrübəmə əsasən deyə bilərəm ki, olimpiadçı şagirdlər hər zaman daha praktik, sürətli, əzmli, çalışqan və yaşıdlarına nisbətən daha yaxşı analiz qabiliyyətinə sahib olurlar. İştirak edəcək gənclərimizə indiən uğurlar arzu edirəm.

 

Zaur Maarif

Xəbər lenti