Qazaxıstanlı yazıçı-publisist Nasixa Kenjina yeni nəşri üçün araşdırma aparmaq məqsədilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.
MEK-dən TƏHSİL.BİZ-ə bildirilib ki, N.Kenjina Azərbaycan və Qazaxıstan prezidentlərinin dostluq, tərəfdaşlıq əlaqələrinə dair kitab-albom ərsəyə gətirməyə hazırlaşdığını qeyd edib. Bunun üçün kitabxananın zəngin məlumat bazasından, xüsusilə Heydər Əliyev və Azərbaycan dövlətçiliyi, həmçinin Xarici dillərdə ədəbiyyat fondundakı sənədlərlə yaxından tanış olub, lazımi məlumatları əldə edib.
İstifadəçi MEK-in elektron bazasında olan informasiya resurslarınından da yararlanıb.
Qeyd edək ki, Nasixa Kenjina I Qarabağ müharibəsində Azərbaycana gələrək işğalçı Ermənistana qarşı savaşa qatılıb şəhid olmuş Yerbol Barımbetov haqqında yazılmış “Yerbol - Qarabağ şəhidi” kitabının da müəllifidir. Yazıçı Azərbaycan haqqında silsilə kitabları ilə Qazaxıstan xalqının Azərbaycana məhəbbətini nümayiş etdirir.