Türkiyənin İzmir şəhərinin Aliağa rayonunda yerləşən “Heydər Əliyev” məktəbində Ümummilli Liderin vəfatının 21-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, tədbirdə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri dosent Nəcibə Nəsibova, İzmir Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Ömer Yahşi, Aliağa kaymakamı Zekeriya Güney, Aliağa Bələdiyyəsinin sədri Serkan Acar, məktəbin direktoru, müəllim-şagird heyəti və digər şəxslər iştirak ediblər.
Mərasimdə çıxış edən Nəcibə Nəsibova Ulu Öndərin şərəfli ömür yolu, Azərbaycan xalqının həmrəyliyi, dövlətimizin güclənməsi və gələcəyi istiqamətində həyata keçirdiyi müdrik siyasət barədə danışıb.
Tədbir Ulu Öndərə həsr olunan bədii hissə ilə davam etdirilib.
Mərasim çərçivəsində səfirliyimizin nəzdindəki təhsil müşavirliyi tərəfindən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıblar.
Müsabiqə sözügedən məktəbin şagirdləri arasında inşa, şeir və rəsm nominasiyaları üzrə təşkil edilib.