Görüşdə hər iki universitet arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub, həmçinin təhsil sahəsində birgə layihələrin həyata keçirilməsi üzrə fikirlər paylaşılıb. Görüş zamanı hər iki universitet öz proqramları, tədris metodları və inkişaf strategiyaları haqqında təqdimatlar edib.
Xüsusilə təhsil mübadiləsi, tədqiqat layihələri və beynəlxalq proqramlar, eyni zamanda mobillik və ikili diplom proqramları çərçivəsində əməkdaşlıq mövzuları görüşün əsas mövzuları arasında olub.