Logo

AzMİU-nun əməkdaşları Yıldız Texniki Universitetində təcrübə mübadiləsində olublar

10.12.2024 17:22 84 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Fizika və kimya kafedrasının müdiri professor Adil Abdullayev və kafedranın müəllimi Rəna Xankişiyeva Türkiyənin Yıldız Texniki Universitetində (YTU) təcrübə mübadiləsində olublar.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, AzMİU-nun əməkdaşları YTU-nun alimləri ilə görüşlər keçiriblər. Görüşlərdə YTU-da tədrisin təşkili və elmi-tədqiqat sahəsindəki nailiyyətləri təqdim edilib. Həmçinin laboratoriya dərslərinin keçirilməsi, təhlükəsizlik qaydaları, dərs proqramları, dərsliklər və laboratoriya kitabları ilə bağlı ətraflı məlumat verilib. Eyni zamanda, onlar YTU-nun müasir elmi-tədqiqat laboratoriyaları ilə tanış olublar. Professor Adil Abdullayev YTU-də təşkil olunan elmi seminarda “Radiasiya təsirinə məruz qalmış A3 B3 C26 qruplu birləşmələrdə relaksasiya proseslərinin xüsusiyyətləri” və “Amorf quruluşlu metallar” mövzularında təqdimatlarla çıxış edib.

Sonra təqdimatlar ətrafında müzakirələr aparılıb. Diskussiyalar zamanı relaksasiya proseslərinin yeni tədqiqat yanaşmaları, amorf materialların sənayedə tətbiq imkanları kimi aktual məsələlərdən bəhs olunub.

Seminarda iştirak edən mütəxəssislər arasında qarşılıqlı fikir mübadiləsi nəticəsində birgə tədqiqat layihələrinin icrası və gələcək əməkdaşlıq üçün konkret addımların atılması planlaşdırılıb.

Rəna Xankişiyeva isə Kimya bölməsinin nəzdində Fiziki kimya tədqiqat laboratoriyasının rəhbəri professor Tarık Eren ilə əməkdaşlıq barədə söhbət aparıb. Görüş zamanı, poliuretan tullantıları əsasında yeni rezin kompozitlərinin və bioplastiklərin hazırlanması üzrə iki beynəlxalq tədqiqat layihəsinin icrası razılaşdırılıb.

AzMİU-nun nümayəndələri YTU-nun rektoru professor Eyüp Debik, inzibati heyət və fakültə əməkdaşlarının iştirak etdiyi Akademik Şura iclasına dəvət alıblar. İclasda Fənn-Ədəbiyyat fakültəsinin 2024/2025-ci tədris ili üzrə hesabatı dinlənilib. Fakültənin inkişaf perspektivləri, tədris proqramlarında edilən yeniliklər və tələbələr üçün təqdim olunan yeni imkanlar müzakirə olunub.

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/10%20December%202024/a18bf9f9-b27f-4c93-8d5b-4a3d15cb8eb5_17338272161052023420_1200x630.jpg


 

Xəbər lenti