Dekabrın 10-da Bakı Slavyan Universitetinin (BSU) Karyera Xidməti şöbəsi və Kapital Bankın birgə təşkilatçılığı ilə “Emosional Zəka” mövzusunda təlim keçirilib.
Təlimdə emosional zəkanın beş əsas komponenti –özünü dərk etmə, özünü idarəetmə, motivasiya, empatiya və sosial bacarıqlar öyrədilib. İştirakçılar nəzəri biliklərlə yanaşı, interaktiv tapşırıqlar və praktiki keyslər üzərində işləməklə bu bacarıqların tətbiqini təcrübədən keçiriblər.
Tədbir tələbələrin şəxsi və peşəkar inkişafına dəstək olmaq, iş mühitində emosional zəkanın əhəmiyyətini vurğulamaq və ünsiyyət bacarıqlarını gücləndirmək məqsədi daşıyıb.