Logo

Elektron Təhlükəsizlik Xidməti və Azərbaycan Dövlət İqtisad Universiteti birgə maarifləndirmə tədbiri keçirib

10.12.2024 18:15 73 baxış
IMG

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilib.

RİNN-dən TƏHSİL.BİZ-ə bildirilib ki, ümumilikdə 45 nəfərin iştirak etdiyi tədbirdə ETX-nin əməkdaşı “İnformasiya təhlükəsizliyi üzrə müdafiə sistemləri” mövzusunda çıxış edib və tələbələrin suallarını cavablandırıb.

Tədbirin keçirilməsində məqsəd ali təhsil müəssisələrində informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətini formalaşdırmaq, karyera planlamasında tələbələri istiqamətləndirməkdir.

Xəbər lenti