Logo

UNEC Jurnalı SCOPUSDA

10.12.2024 21:12 126 baxış
IMG

UNEC təsis etdiyi yeni jurnallardan biri də “UNEC Journal of Engineering and Applied Sciences” (JEAS) elmi jurnalıdır. Onun ilk online ( www.unec-jeas.com, ISSN: 2790-2358) və çap versiyası (ISSN: 2790-234X) 2021-ci ilin dekabr ayında buraxılmışdır. Jurnal ildə iki dəfə (may və dekabrda) dərc edilir. Beynəlxalq standartlara uyğun olaraq 2023-cü ilin ikinci yarısından etibarən UNEC JEAS jurnalı Rəqəmsal Obyekt İdentifikatorları (DOI) üçün rəsmi qeydiyyat agentliyi olan Crossref-ə rəsmi üzv olmuşdur və 4-cü saydan(Vol 3, No1) başlayaraq dərc edilən bütün məqalələr üçün həmin agentlik tərəfindən təsdiq olunan DOI-lər verilir. Jurnal qısa zamanda Index Copernicus, WorldCat, Google Scholar, Eurasian Scientific Journal Index, Cite Factor, Directory of Research Journals Indexing, Cosmos Impact Factor, Scientifi Indexing Service bazalarında indekslənmişdir. UNEC JEAS jurnalının 6 fevral 2024-ci ildə növbəti uğuru nüfuzlu “Chemical Abstract Service” (CAS) bazasına daxil edilməsi olmuşdur.

Nəşrə başlandığı ilk gündən jurnalda ümümulikdə 57 elmi məqalə dərc edilmişdir. Dərc edilən 57 məqalənin 37-sinə Scopus və Web of Science bazalarında indekslənən jurnallarda dərc edilən məqalələrdən 160-dan artıq istinadlar verilmişdir.

5 iyun 2024-cü ildə Jurnalın Scopus bazasında indekslənməsi ilə bağlı müraciət olunmuşdur və 9 dekabr 2024-ci il tarixində ilk müraciətdə Scopus tərəfindən heç bir irad olmadan bazada indekslənmişdir.

Xəbər lenti