ARTİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi “Qrafik dizayner” üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Tələblər:
- Müvafiq sahədə iş təcrübəsi;
- Ali təhsil;
- Kompüter proqramları üzrə biliklər;
- Qrafik dizayn üzrə fundamental bacarıqlar;
- “Photoshop”, “Adobe Indesign”,“Adobe İllustrator” və “Microsoft Office” proqramlarında işləmək bacarığı; (Adobe Premiere Pro proqramını bilmək arzuolunandır)
- Kreativlik (yaradıcı potensial);
- Yeniliyə və peşəkar inkişafa açıqlıq;
- Enerjili və yüksək fəaliyyət qabiliyyəti;
- Stressə qarşı davamlılıq;
- Əməkdaşlıq və komandada işləmək bacarığı;
- Məsuliyyətlilik.
Vəzifə öhdəlikləri:
- Gündəlik dizayn işləri ilə bağlı verilən tapşırıqların yerinə yetirilməsi:
- Sosial media postlarının hazırlanması.
- Promo məhsulların dizaynı ;
- Çapa gedən məhsulların hazırlanması ;
- Gündəlik fəaliyyəti ilə əlaqədar hesabatların təqdim edilməsi ;
- Rəhbərliyin verdiyi tapşırıqların yüksək dəqiqlik və vaxtında təhvil verilməsi
Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən “Qrafik dizayner” başlığı altında [email protected] e-mail ünvanına CV və Portfolionu göndərmələri xahiş olunur.
Yuxarıda sadalanan tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.
Son müraciət tarixi: 20 dekabr 2024-cü il