2024-2025-ci tədris ili üzrə Azərbaycanda 105 ölkədən 11 min tələbə təhsil alır.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Müjdat Həsənov bu gün Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi Forumunda deyib.
O bildirib ki, ölkəmizə ən çox əcnəbi tələbə Türkiyə, Pakistan, İran, Gürcüstan, Rusiya, Hindistan, Suriya, Nigeriya, Çin və Qazaxıstandan gəlib:
"Belə ki, tələbələrin 4338-i Türkiyə, 1213-ü Pakistan, 1103-ü İran, 1044-ü Gürcüstan, 1002-si Rusiya, 417-si Hindistan, 219-u Suriya, 152-si Nigeriya, 122-si Çin, 112-si Qazaxıstandandır".