Logo

ADU-da “Suveren Belarus” sərgisi

11.12.2024 16:03 297 baxış
IMG

Dekabrın 10-da Azərbaycan Dillər Universitetində “Suveren Belarus” adlı sərginin açılış mərasimi keçirilib.

Belarus Respublikasının ictimai-siyasi, elmi, mədəni həyatını əks etdirən sərginin təqdimatında  Belarus səfirliyinin nümayəndə heyəti, millət vəkilləri, mətbuat nümayəndələri və digər qonaqlar iştirak ediblər.

ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.

Qeyd olunub ki, Azərbaycan ilə Belarus arasında yüksək səviyyəli dialoq və əməkdaşlıq əlaqələri mövcuddur. Son illər iki ölkə arasında siyasi, iqtisadi, elmi, mədəni və digər sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir:

“Əziz qonaqlar, hörmətli həmkarlar! Sizi ADU-da görməkdən məmnunuq. Belarus Respublikası ilə əlaqələrimiz bütün sahələrdə yüksək səviyyədə inkişaf etməkdədir. Həmkarlarımızla elmi, mədəni təcrübələrimizi bölüşmək, gənclərin təhsil imkanlarını artırmaq, gələcək əməkdaşlıq üçün əlverişli zəmin hazırlamaq önəmlidir.

Bizim belaruslu həmkarlarımızla yüksək səviyyədə münasibətlərimiz var və dövlət başçılarımızın dostluğu iki xalqın yaxınlaşmasına töhfə verir.

Bu gün Azərbaycan dili və mədəniyyəti Belarusda fəaliyyət göstərən universitetlərdə xüsusi diqqət və qayğı ilə öyrənilir. Həmçinin ADU-da fəaliyyət göstərən Belarus dili və mədəniyyəti mərkəzi əlaqələrimizin yeni mərhələlərə keçidi üçün zəruridir”.

Belarus Respublikasının Azərbaycandakı səfirinin müavini Vladimir Çuşev ADU-da fəaliyyət göstərən Belarus dili və mədəniyyəti mərkəzinin önəmindən danışıb.

Qeyd olunub ki, ölkələr arasında sıx əməkdaşlıq və tərəfdaşlıq münasibətləri mövcuddur. Bu əlaqələrin inkişafı bütün saəhələrdə olduğu kimi təhsil, elm və mədəniyyət sahələrində də özünü göstərməkdədir.

Öz növbəsində diplomat bu il ölkənin nasist işğalından azad edilməsinin 80 illiyini qeyd etdiyini nəzərə alaraq sərginin Belarus haqqında məlumat vermək baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Bildirilib ki, gələcək elmi və mədəni əməkdaşlığın inkişafında və münasibətlərin daha da yaxşılaşdırılmasında hər iki tərəf maraqlıdır.

Daha sonra çıxış edənlər ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova, politoloq İlyas Süleymanov, Baku TV RU-nun baş redaktoru Natella Osmanlı və ADU-nun Belarus dili və mədəniyyəti mərkəzinin müdiri Sergey Klimov tədbirlə bağlı fikirlərini bölüşüblər.

Sonda qonaqlar ADU-nun Belarus dili və mədəniyyəti mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Xəbər lenti