Mil-Muğan Regional Təhsil İdarəsi tabeliyindəki ümumtəhsil müəssisələrində bu il yeni açılmış peşə təmayüllü siniflərin sayı açıqlanıb.
İdarədən TƏHSİL.BİZ-in sorğusuna cavab olaraq bildirilib ki, cari tədris ilində 9 məktəbin 9 sinfi peşə yönümlü təşkil olunub.
Bu siniflərdə ümumilikdə 143 şagird təhsil alır.
Qeyd edək ki, 10 və 11-ci sinifləri əhatə edən layihə çərçivəsində təhsil alan şagirdlər ümumi təhsil fənləri ilə bərabər, müvafiq peşə ixtisasına uyğun nəzəri və praktiki dərslər də keçirlər.