Logo

Universitet-məktəb əməkdaşlığı davam etdirilir

23.04.2021 14:35 553 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU) Bakı, Xocavənd, Beyləqan məktəblərinin rəhbərliyi, müəllim və yuxarı sinif şagirdləri ilə onlayn görüş keçirilib.

 

Görüşdə universitetin professor-müəllim heyəti və əməkdaşları da iştirak edib.

 

Məktəblilərə universitetdə tədris prosesinin təşkili, elmi-tədqiqat işləri, eləcə də dünyanın qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlıq, beynəlxalq layihələrdə iştirak və akademik mobilllik proqramları barədə ətraflı məlumat verilib.

 

Görüşdə universitetdə təşkil olunan qış və yay məktəbləri, sərgilər, müsabiqələr və tələbə həyatından da söhbət açılıb.

 

Məktəblərin rəhbərliyi və müəllim kollektivi bu cür görüşlərin keçirilməsini yuxarı sinif şagirdlərinin ixtisas seçimi üçün zəruri olduğunu qeyd edib.

 

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti