ADPU-nun Filologiya fakültəsində növbəti dəfə “Filoloqun oxu həftəsi” layihəsi ilə bağlı tədbir keçirilib.
Fakültə dekanı dos. Könül Həsənovanın təşəbbüsü ilə keçirilən “Filoloqun oxu həftəsi” layihəsində TD2314B qrup tələbələri ilə məşhur türk yazıçısı Orxan Pamukun “Masumiyet müzesi” romanı müzakirə edilib.
Debat formasında keçirilən müzakirədə tələbələrin hazırladığı səhnəciklər, məntiqli çıxışları və cavabları müsabiqə komissiyasının üzvləri tərəfindən müsbət qarşılanmışdır.
Müzakirənin sonunda fəal iştirakçılara təşəkkürnamə və hədiyyələr təqdim olunmuşdur.
Qərbi Azərbaycan İcmasının Dərələyəz mahalının Keşkənd rayonu İcmasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya üzrə elmlər doktoru, professor Mahirə Nağı qızı Hüseynovanın müəllifi olduğu "Ziyalı sözü" verilişinin bu günkü qonağı ADPU-nun professoru, pedaqoji elmlər doktoru, Əməkdar elm xadimi Fərrux Rüstəmovdur.