Müəlimliyin ən çətin tərəfi sinfi məqsədinə uyğun şəkildə idarə etməkdir. Öyrənmənin reallaşdığı, müəllimlərin və şagirdlərin zövq aldığı siniflər yaxşı idarə olunur deməkdir.
Sinifin məqsədinə uyğun idarə olunması üçün ətraf mühit şəraitinin uyğun olması vacibdir. Ancaq daha əhəmiyyətlisi, müəllimlərin səlahiyyətləri, şəxsiyyəti və həyata keçirdikləri strategiyalardır.
Sinif rəhbərliyində müvəffəq olmaq üçün təqib ediləcək addımlar və nəzərə alınacaq prinsiplər barədə müəllimlərimizə təkliflərimiz aşağıdakılardır:
Dərsə girmə, salamlama, diqqət çəkmə və dərsə başlamağı ehtiva edən ilk beş dəqiqəlik performansınızın bütün sinif boyu dərsin idarə olunmasında uğurlarınıza təsir edəcəyini unutmayın. Dərsin əvvəlindəki duruş və gəzişinizin, həyəcanınız və bədən dilinizin şagirdə (və ya tələbəyə) təsir edəcəyəni, həmçinin baxımlı və gözəl geyimli olmağınızın sinfin idarə olunmasında qatqısı olacağını da unutmayın.
Şagirdlərinizi tanıyın, sizi tanımalarına şərait yaradın, onları dinləyin və anlamağa çalışın. Ancaq nə edirsinizsə, səmimi şəkildə edin. Səmimiyyətiniz tələbələrin qəlbinə toxunmağa, özünüzü sevdirməyə və beləliklə zehinlərinə təsir etməyinizə imkan yaradır. Duyğu və düşüncələrini aktivləşdirib ifadə etməklərinə şərait yaradın və şagirdlərinizlə daha yaxşı ünsiyyət qurmağa çalışın.
Dərslərinizə hazır olun, metodlarınızı düzgün müəyyənləşdirin, dərslərinizi müəyyən fəaliyyətlərlə birlikdə keçirin və şagirdlərinizin dərsə qatılmasını təmin edin. Hər şeyi söyləməyin; yolunu göstərin, özləri üçün öyrənməyə çalışsınlar. Dərsinizi maraqlı etmək üçün kiçik tədbirlər planlaşdırın və həyata keçirin. Beləliklə, tələbələriniz öyrənmədən zövq alarlar, sinifdə olmaqdan daha az cansıxırlar və sizin üçün daha az problem yaranar.
Özünüzü yalnız müəllim rolunda həbs etməyin. Lazım olduqda və ehtiyac olduqda, bir müddətlik valideyn, böyük qardaş, böyük bacı kimi ,bir dost kimi davranın. Ancaq əsas rolunuzun müəllimlik olduğunu da heç vaxt unutmayın.
Unutmayın ki, sinifə rəhbərlik etmək, fərqləri idarə etmək sənətidir. Şagirdlərinizin bir-birindən fərqli, bənzərsiz və dəyərli olduğunu qəbul edin, onları bir insan kimi qiymətləndirin.
Sinif / dərs qaydalarını şagirdlərlə birlikdə və lazım olduğu qədər müəyyənləşdir. Gələcəkdə ola biləcək problemlər üçün qaydalar təyin etməkdənsə, problem yarandıqca qaydaları təyin etmək daha effektivdir.
Sinifdəki problemlərin mənbəyi olaraq əvvəlcə şagirdləri deyil, buraxdığınız səhvləri və əskik etdiyiniz fəaliyyətləri görün. Problemlərin sinifdə bitməsini gözləməyin, bilin ki, birini həll edərkən yenisini yaşayacaqsınız. Diqqətinizi, problemləri o an bitirməyə deyil, onları həll etmək qabiliyyətinizi artırmağa yönəldin.
Məşğul insanların problem yaratmağa vaxtları olmur. Dərsdə davamlılığı təmin edin. Heç bir məqsəd olmadan boş qalan tələbələrin partlamağa hazır bir bomba olduğunu unutmayın. Bu, şagirdlər boş qalmasın deyə hər zaman dərs keçməlisiniz demək deyil.
Sinif idarəçiliyində uğur qazanan həmkarlarınızın dərslərində oturun, onların təcrübələrini və işin incəliklərini dinləyin. Ancaq onun metodlarından eyni şəkildə istifadə etməyin; lazımi dərs götürün və öz həll yollarınızı tətbiq edin.
Hər şeydən problem yaratmayın. Öyrənməyə mane olmayan və ya heç kimə zərər verməyən şagird (və ya tələbə) davranışını mümkün qədər görməzdən gəlin. Şagirdlərin istenmeyen davranışlarına cavablarınızın balanslı və mütənasib olduğundan əmin olun. Haqlarında, təhlükəli, problemli, yaramaz, tənbəl və s. düşündüyünüz şagirdləriniz əslində onlara layiq olmaya bilər.
Problem həll etmək üçün seçdiyiniz addımları düzgün tətbiq edin. Yaranan problemi əvvəlcə düzgün müəyyənləşdirin, kimin və ya kimlərin problemin qaynağı olduğunu dəqiqləşdirin, sonra isə problemi idarə edin. İstənməyən şagird (tələbə) davranışını qiymətləndirərkən və ya dayandırarkən, ətraf mühitin şərtlərini və tələbənin şəxsi və ekoloji vəziyyətini nəzərə alın.
Sinif rəhbərliyində və problemlər qarşısında sakit və səbirli olun. Əsəblərinizə hakim olun və qəzəbinizi idarə edin. Unutmayın ki, tez özündən çıxmaq, idarə olunmayaq qəzəb müəllim üçün zəiflikdir və bəzi şagirdlər (tələbələr) də bundan faydalanmaq istəyəcəklər.
Unutmayın ki, səhərdən axşamadək bir sinifdə, taxta cərgələrdə oturub dərsi dinləmək çox çətindir. Şagirdlərlə ünsiyyət qurun, çətinliklərini anlamağa, davranışları və reaksiyalarına qarşı anlayışlı olmağa, problemlərini həll etməyə çalışın.
Təhsildə uğur yalnız intizam yolu ilə əldə edilə bilər. Sinif idarəçiliyində uğur qazanmaq istəyirsinizsə, nizam-intizamın təmin olunmasında rolunuza laqeyd yanaşmayın. Ancaq nizam-intizamı təmin etmək üçün tələbələrinizə təzyiq göstərməyə də çalışmayın. Nə qədər lazımdırsa, o qədər nizam-intizama ehtiyac vardır. Azı da çoxu da zərərlidir.
Sinif idarəçiliyi davamlı problemlərin yaşandığı bir prosesdir. Sinif rəhbərliyində yaşanan problemlər üçün ən yaxşı deyil, ən uyğun həll yolu olmalıdır. Problemlərin bitməsini gözləməyin, onların həlli üçün üsullar hazırlayın və diqqətinizi, prosesi yaxşı idarə etməyə yönəldin.