Logo

Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabının daha bir təqdimatı

12.12.2024 22:37 31 baxış
IMG

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) dahi şair Məhəmməd Füzulinin 530 illiyi ilə əlaqədar professor Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabının təqdimetmə mərasimi keçirilib.

Təqdimat mərasimində SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli görkəmli şairin yaradıcılığının zənginliyindən danışıb, “Füzuli sənətkarlığı” kitabı haqqında fikir və düşüncələrini bölüşüb.

Tədbirin təşkilatçısı BMA-nın “Humanitar fənlər” kafedrasının müdiri, professor Tərlan Quliyev M.Füzulinin qəzəllərindən misal gətirib, Mir Cəlal Paşayevin dahi şairə həsr olunan kitabının əhəmiyyətindən söz açıb.

Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Azərbaycan Milli Məclisinin deputatı Ceyhun Məmmədov, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova və onun müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Əhmədli də Füzuli dühası, yaradıcılığı haqqında çıxış ediblər.

Tədbirin bədii hissəsində Əməkdar artist Nigar Məlikova, Xalq artisti, professor Xuraman Qasımovanın tələbəsi Səməd Novruzov, Prezident təqaüdçüsü Aqil Məlikov və Hüseyn Məlikov əsrarəngiz ifaları ilə dinləyicilərin zövqünü oxşayıblar.

Xəbər lenti