Məlum olduğu kimi xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması elektron müraciət sistemi vasitəsilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir.
Təhsildə Keyfiyyət Təminatı Agüntliyindən TƏHSİL.BİZ -ə bildirilib ki, elektron müraciət sisteminin daha effektiv işləməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə sözügedən sistemdə mütəmadi olaraq texniki işlər aparılır.
Bunu nəzərə alaraq, elektron müraciət sistemi vasitəsilə yeni ərizələrin qəbulu 16.12.2024-cü il tarixindən 01.01.2025-ci il tarixinədək dayandırılır.
Nəzərə almağınız xahiş olunur.