Logo

Yüksək Texnologiyalar Parkı və Təhsilin İnkişafı Fondu arasında anlaşma memorandumu imzalanıb

13.12.2024 12:51 212 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) və Təhsilin İnkişafı Fondu arasında anlaşma memorandumu imzalanıb.

YTP-dən TƏHSİL.BİZ -ə bildirilib ki, bu memorandum, tədqiqatçılar, ali təhsil müəssisələri, elmi-tədqiqat institutları və sənaye tərəfdaşları arasında əlaqələri gücləndirərək texnologiyaların transferi, innovasiya və kommersiyalaşdırma sahələrində əməkdaşlıq çərçivəsini müəyyən edir.

Görüş zamanı tərəflər arasında Azərbaycanda innovasiya ekosistemini gücləndirmək üçün mümkün layihə təklifləri müzakirə olunub.

Sənədi YTP-nin baş direktoru Nihat Məcidov və Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov imzalayıblar.

Xəbər lenti