Logo

Nazir müavini məktəblərdə çalışan şəhid ailələri və qazilərlə görüşüb

13.12.2024 16:35 152 baxış
IMG

Dekabrın 13-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Qusar rayonunda təhsil müəssisələrində çalışan şəhid ailələri və qazilərlə görüşüb.

TƏHSİL.BİZ xəbər verir ki, görüşdə şəhidlərin əziz xatirəsi anılıb.

Nazir müavini çıxışında torpaqlarımızın işğaldan azad edilməsində təhsil işçilərinin rolunun danılmaz olduğunu vurğulayıb. Firudin Qurbanov Vətən müharibəsində ümumilikdə 760 təhsil işçisinin düşmənə qarşı vuruşduğunu, onlardan 20 nəfərin şəhidlik zirvəsinə ucaldığını xatırladıb.

Firudin Qurbanov bildirib ki, Vətən müharibəsi iştirakçıları, eləcə də müharibədə iştirak etmiş müəllimlər hər zaman dövlətin, həmçinin Elm və Təhsil Nazirliyinin xüsusi diqqət və qayğısı ilə əhatə olunub.

Nazir müavini çıxışının sonunda iştirakçıların hər birinə şərəfli müəllim peşəsinin icrasında uğurlar arzulayıb, Elm və Təhsil Nazirliyinin hər zaman onların təklif və müraciətlərini dinləməyə hazır olduğunu qeyd edib.

Daha sonra çıxış edən müəllimlər onlara göstərilən diqqət və qayğıya görə təşəkkür edərək fikirlərini bölüşüblər. Həmçinin qalib ölkənin müəllimi olaraq çalışmaqdan qürur duyduqlarını bildiriblər.

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/13%20December%202024/fc67e8a3-4dc7-4f6f-a244-3301635dbbf5_WhatsApp%20Image%202024-12-13%20at%2014.44.27%20(2).jpeg


 

Xəbər lenti