Logo

“Müasir metodist” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində dərsdinləmələr davam edir

13.12.2024 16:46 106 baxış
IMG

“Müasir metodist” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ilində fəaliyyətə başlayan metodistlər tərəfindən dərsdinləmələr davam edir. Bu fəaliyyətin əsas məqsədi müəllimlərin metodiki və pedaqoji bacarıqlarının dəyərləndirilməsi və onların peşəkar inkişafının dəstəklənməsi olub.

Dərsdinləmələr prosesində müasir təhsil standartlarının tətbiqi, şagirdlərin öyrənmə motivasiyasını yüksəldən metod və yanaşmaların effektivliyi, eləcə də müəllimlərin istifadə etdikləri resurslar və strategiyalar diqqət mərkəzində olub. Proses çərçivəsində dərs planlarının hazırlanması və tətbiqi dəyərləndirilib, interaktiv tədris metodlarının tətbiqi təhlil edilib, şagirdlərin fəal iştirakı və təlim nəticələri izlənilib.

Dərsdinləmə prosesindən əldə edilən nəticələr əsasında müəllimlərə fərdi rəylər verilib, onların təlim ehtiyacları müəyyənləşdirilib və hər bir müəllim üçün fərdi inkişaf planı hazırlanıb. Həmçinin, tədris prosesinin daha da təkmilləşdirilməsi üçün strateji addımlar müəyyənləşdirilib.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində aparılan dərsdinləmələr şagirdlərin təlim nəticələrinin yaxşılaşdırılması, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və tədris prosesinin effektivliyinin yüksəldilməsi məqsədini daşıyır.

Xəbər lenti