Logo

Azərbaycan məktəbliləri Buxarestdə beynəlxalq olimpiadada uğur qazanıblar

13.12.2024 23:31 374 baxış
IMG

Rumıniyanın Buxarest şəhərində Yeniyetmələrin 21-ci Beynəlxalq Elm Olimpiadasında (IJSO 2024) altı nəfərdən ibarət milli komandamız uğurla çıxış edərək ümumilikdə altı bürünc medal qazanıb.

Tehsil.biz xəbər verir ki, Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın X sinif şagirdi Bəxtiyar Ağayev, Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Yaqub Baratlı, Kimya-biologiya təmayüllü respublika liseyinin X sinif şagirdi Zaur Hacızadə, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdi Tariyel Babayev, Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” liseyinin X sinif şagirdi Cabir Abbasov və Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Zümrüd Ələkbərova bürünc medala layiq görülüblər.

Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov qaliblərlə görüşərək onları təbrik edib və uğurlar arzulayıb.

 

Xəbər lenti