Logo

BDU Elmi Şurasının növbəti iclası keçirilib

23.04.2021 18:06 544 baxış
IMG

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.

 

İclasda BDU-nun 2020-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin nəticələrinin hesabatı dinlənilib. Elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov BDU-da yerinə yetirilmiş elmi-tədqiqat işləri, müxtəlif elmi istiqamətlər üzrə aparılmış fundamental və tətbiqi xarakterli tədqiqatlar haqqında məlumat verib.


Hesabatda Universitet fakültələrinin və elmi-tədqiqat institut, mərkəz və laboratoriyalarının strukturu, kadrların elmi potensialı, əməkdaşların elmi nəşrləri və elmi tədbirlərdə iştirakı, elmi-tədqiqat işlərinin səmərəliliyi, elmi tədqiqatların nəticələrinin tədris prosesində və istehsalatda tətbiqi, qrantlar əsasında yerinə yetirilən elmi-tədqiqat işləri və s. barədə ətraflı məlumat verilib.


Daha sonra iclas cari məsələlərin müzakirəsi ilə davam edib.

Xəbər lenti