ABŞ-ın New York şəhərində pakistanlı universitet tələbəsinin üzünə kislota səpilib.
Tehsil.biz xarici KİV-nə istinadən xəbər verir ki, 21 yaşlı Nafiah İkram evinə gedərkən arxasınca qaçan tanımadığı biri kislota ilə ona hücum edib. Bu səbəbdən İkramın üz, göz, boyun və əllərində ağır yanıqlar yaranıb.
İkramın sözlərinə görə, hazırda o, yalnızca rəngləri seçə bilir.
Qeyd edək ki, ailə təcavüzkarın tutulması üçün10 min dollar mükafat təyin edib.