Logo

UNEC-ə sənəd qəbulunun müddəti uzadılıb

10.10.2020 14:01 489 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) 2020/2021-ci tədris ili üzrə sənəd qəbulu oktyabrın 12-dək davam edəcək.

UNEC-dən bildirilib ki, sənəd qəbulu onlayn formatda həyata keçirilir. Abituriyentlərin rahat şəkildə qeydiyyatdan keçməsi üçün sənəd qəbulu komissiyası, eləcə də fakültələrdə katibliklər fəaliyyət göstərir. Abituriyentlərin qeydiyyatla bağlı bütün müraciətləri operativ cavablandırılır.

Abituriyentlər tələb olunan sənədlərin elektron formasını UNEC-in rəsmi səhifəsinə (unec.edu.az) daxil olaraq, tələbə kabineti qeydiyyat bölməsindən (kabinet.unec.edu.az) sistemə yükləməlidirlər. Sənədlərin elektron formasını sistemə yükləmədən öncə videotəlimatla tanışlıq tövsiyə olunur.

Xəbər lenti