Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) imtahan mərkəzi sessiya ilə bağlı bəzi dəyişikliklər edib. Sessiyanın 4-cü modulunda testlərin həm suallarının, həm də cavablarının məxfi saxlanılması ilə bağlı qərar verilib. Bu da tələbələrdə narazılıq yaradıb.
Tehsil.biz xezerxeber.az-a istinadən bildirir ki, tələbələr bildirirlər ki, problemin həlli üçün dəfələrlər müraciət ediblər, lakin nəticəsi olmayıb.
Universitetdən bildirilib ki, şikayətlərə baxılmayacaq. Tələbələr, problem həll olunmazsa kütləvi şəkildə imtahanlara girməyəcəklərini deyirlər.
Universitetin imtahan mərkəzinin direktoru Söhrab İsayev "Xəzər Xəbər"ə bildirib ki, yanvar ayında dəyişikliklərlə bağlı yazılı formada şəxsi kabinetlərində tələbələrə məlumat verilib.
Söhrab İsayev onu da qeyd edib ki, tələbələr onlara tədris olunmayan materiallardan olan sualla qarşılaşsalar, apelyasiyaya müraciət edə bilərlər. Sualın verilən materiala aid olmadığı sübuta yetirilərsə, tələbənin itirilmiş balı bərpa ediləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: