Logo

Bakıda məktəbli bədbəxt hadisə nəticəsində öldü

26.04.2021 12:35 749 baxış
IMG

Bakıda bədbəxt hadisə baş verib.

 

“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

 

Balaxanı qəsəbəsində evlərdən birinin həyətinin darvazası 2014-cü il təvəllüdlü Mustafazadə Məhərrəm Elgün oğlunun üzərinə aşıb. Nəticədə 7 yaşlı uşaq ağır xəsarətlər alıb. M.Mustafazadə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti