Logo

ADPU-da tarixçi-alim Dilavər Əzimlinin xatirəsinə həsr olunmuş elmi seminar keçirilib

26.04.2021 14:09 623 baxış
IMG

Aprelin 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Azərbaycan tarixi kafedrasının təşkilatçılığı ilə tarixçi-alim Dilavər Əzimlinin xatirəsinə həsr olunmuş elmi seminar keçirilib.

 

Giriş sözü ilə çıxış edən universitetin rektoru, Dilavər Əzimlinin müəllimi olmuş professor Cəfər Cəfərov onun tələbəlik illərindən, pedaqoji fəaliyyətindən danışıb. Azərbaycan tarixi kafedrasının müdiri, dosent Naibə Əhmədova "Tarixçi-alim Dilavər Əzimlinin elmi-publisistik fəaliyyəti haqqında", kafedranın dosenti Mübariz Ağalarlı "Dilavər Əzimlinin elmi fəaliyyətində din və dövlətçilik məsələləri", AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın orta əsrlər tarixi şöbəsi"nin aparıcı elmi işçisi, dosent Fərəh Hüseyn "XVI-XVII əsrlərdə Azərbaycanın Avropa ilə iqtisadi əlaqələri Dilavər Əzimlinin elmi araşdırmalarında" mövzularında məruzələr etmişlər. 


Eyni zamanda Dilavər Əzimli ilə bağlı prof. Zabil Bayramov, prof. Xəqani Məmmədov, prof. Namiq Musalı, prof. Xaləddin İbrahimli, dos. Boran Əziz, dos. Hacı Həsənov, b/m. Şəhla Qurbanova, Dilavər müəllimin tələbələri adından Anar Salehoğlu öz xatirələrini bölüşüblər. 


Sonda mərhumun həyat yoldaşı Arzu Qazıyeva alimin ailəsi adından ADPU rəhbərliyinə və seminar iştirakçılarına öz təşəkkürünü bildirib. 


Xatırladaq ki, Dilavər Əzimli ADPU-nun Azərbaycan tarixi kafedrasının dosenti idi. Alim bu ilin mart ayının 3-də koronavirus infeksiyasının qurbanı olmuşdur.

Xəbər lenti