Hindistan Respublikasının Mədəni Əlaqələr Şurası (ICCR) Azərbaycan Respublikası vətəndaşları üçün Hindistanın müxtəlif universitetlərində təhsil almaq məqsədilə təqaüd proqramı təklif edir. Ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə elan edilən təqaüd proqramı müxtəlif ixtisas istiqamətlərini əhatə edir.
Təqaüd proqramına müraciət üçün son tarix 30 may 2021-ci il nəzərdə tutulub.
Təqaüd proqramı barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.