Logo

IV siniflər PIRLS 2021-in əsas mərhələsində

27.04.2021 11:33 629 baxış
IMG

Azərbaycanlı şagirdlər PIRLS 2021 beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsində iştirak edirlər.

 

Aprelin 27-dən etibarən Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən tədqiqatın pandemiya dövrünün qaydalarına uyğun olaraq həyata keçirilməsinə başlanılıb. Bütün ölkəni əhatə edəcək qiymətləndirmədə müxtəlif regionlar üzrə 200 məktəbdən təxminən 7000 şagirdin iştirakı nəzərdə tutulur. Qiymətləndirmə tədqiqatı üçün seçilmiş 254 sinifdən 120-si regionların payına düşür. Bu siniflərdən 201-i Azərbaycan, 53-ü isə rus bölməsi üzrədir.  

 

Qeyd edək ki, PIRLS (Progress in International Reading Literacy Study) - Oxu Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Tədqiqat IV sinif şagirdlərinin oxuyub anlama bacarığını qiymətləndirmək məqsədilə Beynəlxalq Qiymətləndirmə Assosiasiyası tərəfindən hər 5 ildən bir təşkil olunur.

Xəbər lenti