Aprelin 27-də fizika, kimya və biologiya fənnləri üzrə VII sinif şagirdləri arasında təşkil olunmuş VI Respublika fənn müsabiqəsinin birinci mərhələsi keçirilib.
Müsabiqənin I mərhələsində Bakı şəhəri ümumi təhsil müəssisələrindən Azərbaycan bölməsi üzrə 2 842, rus bölməsi üzrə 573 şagird olmaqla, ümumilikdə 3 415 VII sinif şagirdi iştirak edib. Şagirdlər məntiqi təfəkkürü yoxlamaq məqsədilə tərtib olunan sualları cavablandırıblar.
Fənn müsabiqələrinin yekun nəticələrinə (Respublika mərhələsinin nəticələrinə) əsasən, yeni tədris ili üçün Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinin dinləyiciləri müəyyən ediləcək. Həmçinin istedadlı şagirdlər üçün yaradılacaq xüsusi siniflər üzrə kontingentin formalaşdırılması da nəzərdə tutulur.
Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.