Logo

İnformasiya Texnologiyaları İnstitutun magistrantlarının təcrübəsi yüksək qiymətləndirilib

27.04.2021 16:38 503 baxış
IMG

AMEA İnformasiya Texnologiyaları İnstitutun magistrantları elmi-pedaqoji təcrübəni uğurla başa vurublar.

 

Elmi şuranın növbəti onlayn iclasında institutun II kurs magistrantlarının elmi-pedaqoji təcrübələrinin nəticələri haqqında müzakirələr aparılıb.

 

İnstitutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov bu barədə məlumat verərək bildirib ki, 17 mart – 16 aprel 2021-ci il tarixlərində II kurs magistrantları tədris planına uyğun olaraq 4 həftə ərzində elmi-pedaqoji təcrübə keçmişlər. Elmi-pedaqoji təcrübə hər il olduğu kimi, bu il də AMEA prezidentinin müvafiq sərəncamına uyğun olaraq təşkil olunmuşdur:

 

“Ümumilikdə magistraturada II kurs üzrə təhsil alan 8 magistrant elmi-pedaqoji təcrübəyə cəlb olunmuşdur. Təcrübəyə institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov və böyük elmi işçi Nərmin Adıgözəlova rəhbərlik etmişlər”.

 

F.Yusifov qeyd edib ki, magistrantlar elmi-pedaqoji təcrübəni uğurla başa vurmuş və yüksək balla qiymətləndirilmişlər.

Xəbər lenti