Logo

Təhsil Nazirliyindən "Son zəng"in keçirilməsi ilə bağlı AÇIQLAMA

27.04.2021 18:36 2117 baxış
IMG

Artıq may ayı yaxınlaşır. Növbəti təhsil ilinin yekunlaşmasına sayılı günlər qalıb. Təhsil ilində ən önəmli hadisələrdən biri də “Son zəng” hesab olunur.

 

Tehsil.biz-in News24.az-a istinadən məlumatına görə, bu il son zəng ötən ilkindən fərqli keçiriləcək.

 

Belə ki, ötən il son zəng onlayn keçirilmişdi. Bu il həmin tədbir yalnız onbirincilərin iştirakı ilə və pandemiya rejiminə uyğun şəkildə həyata keçiriləcək. Maska və ara məsafəsinin qorunması mütləq olacaq.

 

Təhsil Nazirliyinin mətbuat xidməti məsələ ilə bağlı sorğumuzu belə cavablandırdı: “Son zəngin keçiriləcəyi tarixdə pandemiya şəraitinə uyğun olaraq müvafiq qərar qəbul ediləcək və bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Xəbər lenti