Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının professoru Tofiq Mansurovun məqalələri Ukrayna və Belarusda sertifikata layiq görülüb.
Belə ki, 2020-ci ilin oktyabr ayında Xarkov Milli Radioelektronika Universitetinin bazasında onlayn keçirilən “İnfokommunikasiyanın problemləri. Elm və texnologiya (PICS & T′ 2020)” adlı beynəlxalq konfransda Tofiq Mansurovun iki məruzəsi sertifikata layiq görülüb.
Elə həmin ayda Belarus Dövlət Rabitə Akademiyasında onlayn keçirilən “Müasir rabitə sistemləri” adlı XXV beynəlxalq elmi-texniki konfransın plenar iclasında AzTU professorunun daha bir məruzəsi də sertifikatla mükafatlandırılıb.
Qeyd edək ki, Xarkov Milli Radioelektronika Universitetinin bazasında keçirilən beynəlxalq konfransın materialları IEEE Xplore, Scopus, Web of Science və başqa beynəlxalq elmi bazalarda indeksləşdirilib.