Erməni ideoloqları və onların havadarları artıq bir əsrdir dünyanı inandırmaq istəyirlər ki, 1915-ci ildə Osmanlı ərazisində erməni xalqına qarşı dövlət səviyyəsində soyqırımı törədilmişdir. Təəssüf ki, hazırda buna inanmaq istəməyən ABŞ prezidenti Coe Bayden kimiləri vardır. Qondarma “Erməni soyqırımı” ilə bağlı ABŞ prezidenti Coe Baydenin açıqlaması olduqca qalmaqallı bir vəziyyət yaratdı. Qalmaqallı vəziyyət dedikdə, əslində, C.Baydenin mövqeyi hələ lap əvvəllərdən də ortada idi. O, bu mövzularda ermənipərəst mövqeyi ilə daim diqqət mərkəzində olub. Ona görə də, bəyanatında “Erməni soyqırımı” ifadəsi işlətməsi o qədər də təsadüfü deyildir. Düşünürəm ki, erməni və antitürk qüvvələr daim türk xalqını təzyiq altında saxlamaq istəyir və ona görə də, belə saxta bəyanatlar verilir. Hazırda isə, Türkiyə bu saxta bəyanatla üzləşməli oldu.
Ermənilərin yerli əhaliyə qarşı həyata keçirdiyi bu qırğınlar Osmanlı dövlətini müəyyən müdafiə tədbirləri görməyə məcbur etdi. Belə ki, 1915-ci ilin mayın ortalarında Van, Bitlis və Ərzurumdan erməni əhalisi döyüş meydanından uzaqlaşdırıldı. Bununla da türklərin rus və ingilislərə qarşı döyüşlərində ermənilərin neytrallığı təmin edildi. Eyni zamanda, Osmanlı dövlətinin hərbi rəhbərliyi türklərə və digər müsəlmanlara ermənilərə qarşı hər hansı zorakılıq törətməyi qadağan edən göstəriş verdi. 1919-cu il yanvarın 30-da Londonda çıxan “Tayms” qəzeti yazırdı: “Köçürülən erməni əhalisinin gələcəkdə öz evlərinə qayıtması və əmlakına sahib durması üçün Osmanlı hökuməti tərəfindən xüsusi komissiya yaradıldı. Komissiyanın işi erməni əhalisinin siyahıya alınmasından ibarət idi. Komissiyanın sənədlərində dönə-dönə qeyd olunur ki, müharibə başa çatandan sonra erməni əhalisi öz evlərinə qaytarılacaqdır”.
Antantanın təbliğat maşını və erməni millətçiləri sübut etmək istəyirlər ki, Birinci dünya müharibəsi illərində Osmanlı ərazisində bir milyondan artıq erməni öldürülmüşdür. Bunun üçün fakt kimi müharibəyə qədər Osmanlı ərazisində ermənilərin 2,5 milyon nəfər olduğu göstərilirdi. Halbuki, Osmanlı dövlətinin rəsmi məlumatına görə müharibəyə qədər bu ərazidə 1.300 min erməni yaşayırdı. Göstərilən əhalinin yalnız yarısı döyüş əməliyyatları gedən ərazidə yaşayırdı.
Mühari-bə dövründə yarım milyon erməni Türkiyədən Qafqaza və başqa yerlərə köçmüş, 150-200 min erməni Qərbi Avropa və ABŞ-a mühacirət etmiş və ehtimal etmək olar ki, ölən əhalinin sayı 200 min nəfər olmuşdur. Təbii ki, bu rəqəmin içində təkcə köçürmə nəticəsində ölənlər yox, aclıqdan, soyuqddan ölənlər və itkin dü-şənlər də vardır. “Tayms” qəzeti yazır: “Bu bir danılmaz həqiqətdir ki, müharibə illərində osmanlı ərazisində iki milyon türkün həyatına son qoyulmuşdur”.
Erməni ideoloqları dünyanı inandırmaq istəyir ki, guya 1915-ci il aprelin 24-də daxili işlər naziri Tələt paşa erməni əhalisinin dövlət səviyyəsində qırılmasına dair yazılı göstəriş vermişdir. Bu günə qədər erməni ideoloqları həmin sənədin əslini fakt kimi heç kimə göstərə bilmirlər. Ona görə ki, belə bir sənəd ümumiyyətlə yoxdur.
Demək olar ki, hər dəfə qondarma “erməni soyqırımı” məsələsi gündəmə gəldikdə, təklif edilir ki, arxiv sənəd və mənbələrə üz tutulsun. Lakin erməni və ermənipərəstlər buna razılıq vermir. Bu da əyani şəkildə ermənilərin necə riyakar və demək olar ki, haqsız olduğunun açıqca sübutudur. Onlar çox gözəl bilirlər ki, əgər tarixi faktlarla danışırlarsa, o zaman zərərli çıxan onlar olar.
Ümumiyyətlə, tək Türkiyə deyil, bütün türk dövlətləri, o cümlədən də, Azərbaycan erməni cəlladları və antitürk qüvvələrin bu saxtakarlıqları ilə daim üzləşib. Bu gedişlə, elə belə də davam edəcək. Amma unutmaq olmaz ki, bu tarixi ədalətsizliyə qarşı Azərbaycan hər zaman Türkiyənin yanındadır.
Qardaş Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan ilə prezident İlham Əliyevin telefon danışığı da bunu bir daha sübuta yetirir. Cənab İlham Əliyev danışıq zamanı qardaş Türkiyəyə tam dəstək olduğunu vurğulayıb.
Son olaraq qeyd etmək istərdim ki, ermənilər nə qədər çabalasalar da, bir gün bu ədalətsizlik də öz cavabını tapacaq. Çünki əsassız yalanlar uzun müddət sürməz. Ona görə də, əsas güc tarixçilərimizin üzərinə düşür. Artıq vaxtdır, meydan siyasətçilərə deyil tarixçilərə verilməlidir. Bununla Tarixi yalanlar daha tez üzə çıxacaq və növbəti erməni saxtakarlığı nümayiş etdiriləcək.
Sizin birliyinizin həsrətində olan çox fitnəkarlar var, Azərbaycan-Türkiyə! Hər zaman birlikdə və sona kimi ədalətlə irəliləyəcəyik!
Səkinə Babayeva
Bakı Dövlət Universitetinin
Tarix fakültəsinin
l kurs tələbəsi