Logo

Məktəblilər arasında II fizika-riyaziyyat olimpiadası keçiriləcək

13.02.2025 08:50 237 baxış
IMG

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə görkəmli alim, astronom, riyaziyyatçı, tarixçi, ilahiyyatçı, hüquqşünas və dövlət xadimi  Nəsrəddin Tusiyə həsr olunmuş V- IX sinif şagirdləri arasında fizika-riyaziyyat fənləri üzrə  II fizika-riyaziyyat olimpiadası keçiriləcək.

TƏHSİL.BİZ  xəbər verir ki, olimpiadanın 3 turdan ibarət keçirilməsi nəzərdə tutulub:

Məktəb turu: 22 fevral 2025-ci il

Rayon turu: 15 mart 2025-ci il

Muxtar Respublika turu: 12 aprel 2025-ci il

Olimpiadanın keçirilməsində əsas məqsəd istedadlı şagirdləri aşkarlamaq, onların potensial imkanlarının inkişafını təmin etmək, beynəlxalq olimpiadalara namizəd şagirdləri müəyyənləşdirməkdən ibarətdir.

Qeyd edək ki, rayon mərhələsinin qalibləri diplom, təltifnamə, muxtar respublika mərhələsinin qalibləri isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

Xəbər lenti