Logo

Pedaqoji Kollec yeni Strateji Plan hazırlayıb – 4 ilə 12 hədəf

14.02.2025 12:37 88 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Kollecinin yeni Strateji İnkişaf Planı hazırlanıb. Sənəddə təhsil müəssisəsinin 2024-2028-ci illər üzrə inkişaf prioritetləri və vəzifələri öz əksini tapıb. 

Bunu TƏHSİL.BİZ -ə kollecin direktoru İsrayıl İsgəndərov deyib.

Onun sözlərinə görə, sənəddə kollecin missiyası, əsas baxışları  müəyyənləşdirilib: “Belə ki, kollecin məqsədi ölkəyə faydalı, bilikləri ilə yenilik gətirən, gələcəyə istiqamət verən məzunlar yetişdirən təhsil müəssisəsi olmaq, problemlərə sosial məsuliyyət şüuru ilə, həssas yanaşan, etik dəyərlərə riayət edən, şəxsi və peşəkar sahədə daim yenilənən şəxsiyyətlər yetişdirməkdir”. 

İsrayıl İsgəndərov qeyd edib ki, kollec Strateji Planda 4 əsas məqsəd üzrə 12 hədəf müəyyənləşdirilib. Əsas istiqamətlər idarəetmənin səmərəliliyinin yüksəldilməsi, müasir və keyfiyyətli təhsilin formalaşdırılması, maddi-texniki bazanın təkmilləşdirilməsi, beynəlxalq əlaqələr və inkişafdır. Plan hazırlanarkən akademik və inzibati heyət, tələbə, məzun və sənaye müəssisələri ilə sorğular aparılıb, maraqlı tərəflərlə müzakirələr təşkil edilib”.

Xəbər lenti